Dec 13 2019 16:26
Views: 183

Vaşinqtonda milli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində təşkil olunmuş anım günündə yerli ictimaiyyət nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz, səfirliyin əməkdaşları iştirak edib. Səfir Elin Süleymanov milli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında əvəzedilməz rolu və misilsiz xidmətlərindən söhbət açıb. O, Heydər Əliyevin şəxsi fədakarlığı, uzaqgörənliyi, qətiyyəti, müdrikliyi və xüsusi bacarıqları sayəsində ölkəmizi inkişaf yoluna gətirdiyini xatırladıb. Diplomatik sahədə Milli Liderin çoxsaylı uğurlarından danışan səfir onun müdrikliyi sayəsində Azərbaycan Azərbaycanın dünyada mövqeyinin gücləndiyini bildirib. Həmçinin, anım günü çərçivəsində Azərbaycan səfirliyi ABŞ-ın Merilend ştatının Qida Bankına ianə edib. Anım tədbirlərində Amerikada yaşayan Azərbaycan icmasının üzvləri də iştirak ediblər. Onlar milli liderin Azərbaycan diasporunun güclənməsində rolundan danışıb, hər zaman xaricdəki azərbaycanlılara dəstək verdiyini qeyd ediblər. 25 il əvvəl, 1994-cü ildə Heydər Əliyevin ABŞ rəhbərləri ilə keçirdiyi görüşlərdə tərcüməçilik etmiş Həbib Azərsina Milli Liderlə bağlı xatirələrini CBC-nin Vaşinqton bürosu ilə bölüşüb.


Create Account



Log In Your Account