May 05 2018 18:37
Views: 596

Bu xalça “Bağçada güllər” adlanır. Qarabağ qrupuna aid olan əl işi 1971-ci il yanvarın 1-də ananın Sərvər adlı oğluna ad günü hədiyyəsidir. Erməni işğalı zamanı Qarabağda mənimsənilən xalça 25 ildən sonra Los Ancelesdə "əntiq erməni xalçası" kimi hərraca çıxarılıb. Xalçanı əldə edən ABŞ-da yaşayan həmyerlimiz Elşad Tahirov sayəsində Azərbaycana gətirilib. Xalça uzun illər erməni işğalçılarının əlində olmuş və vətənə qayıtmış ilk sənət nümunəsidir.
Əlisafa Nurullayevin sözlərinə görə, bu xalça ilmə yaddaşında tarix yaşadır.
Xalça Şuşa, Laçın, Kəlbəcər və Ağdərə rayonlarının işğalı günlərinə həsr olunmuş "Yolumuzu gözləyən Qarabağ" adlı anım tədbirində nümayiş olunub. Tədbirdə  “Bağçada güllər” xalçasından bəhs edən “Anadan” tamaşası da təqdim edilib.


Create Account



Log In Your Account