May 03 2018 16:18
Views: 552

Beynəlxalq Muğam Mərkəzində 3-cü Buktreyler Festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuş müsabiqə “Kitabı tanıdın, kitabla tanının!” devizi altında keçirilib. Tədbirin təşkilatçısı Ruslan Sabirli qeyd edib ki, layihənin əsas məqsədi kitabların və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətdə yaradıcı üsulların dəstəklənməsi və inkişafı, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasıdır.Üçüncü ildir ölkəmizdə keçirilən bu festivalı böyük maarifləndirici layihədir.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Bu səbəbdən müsabiqənin münsiflər heyətinə Xalq Yazıçısı Çingiz Abdullayev, kino rejissor, Xalq Artisti Oqtay Mirqasımov kimi tanınmış incəsənət xadimləri, eləcə də aktyorlar daxil edilib.
Üçüncü buktreyler festivalının yekunlarına görə, birinci yeri Tural Kərimovun “Kitab və qutab” qısametrajlı filmi tutub. O, min manat məbləğində baş mükafata layiq görülüb. Firdovsi Nəbiyevin “Şahid” və Cavad Nuriyevin “İkimizin hekayəsi” treylerləri ikinci yeri bölüşüb. “Sərdar Tağıyevin “Almafobiya”, Binyamin Sailovun “Can nənə, bir nağıl de” və Eynulla Dadaşovun “Bulud bağçaları” əsərləri 3-cü yerə layiq görülüblər.


Create Account



Log In Your Account