Sep 03 2019 18:46
Views: 560

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “ETERNITY-2019” kompüter dəstəkli komanda qərargah təlimi davam edir. Təlim Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçirilir. Təlim nəzəri, eləcə də praktiki hissədən ibarətdir. Təlimdə hər üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri müvafiq tapşırıqları icra edirlər. 
Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, təlim hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır
Xarici ekspertlər isə hesab edirlər ki, “ETERNITY-2019” təlimi  iştirakçıların bilik və bacarıqlarının artırılması ilə yanaşı, hər üç ölkənin ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyini təmin etməkdə mühüm əhəmiyyət kəsb edir.
Bakıda keçirilən “ETERNITY-2019” təlimi 5 gün davam edəcək və sentyabrın 6-da yekunlaşacaq.  

 


Create Account



Log In Your Account