Mar 12 2019 18:43
Views: 758

Azərbaycanda 3 yaşına qədər uşaqlara verilən müavinətin artırılması təklif olunur. Bu barədə Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib. Qeyd edib ki, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu təklifin üzərində iş gedir. Onun sözlərinə görə, bu məsələ komitənin iclaslarında müzakirə olunub.

Millət vəkili Rauf Əliyev şəhid ailələri və Qarabağ əlillərinin məşğulluq məsələsinə toxunub. Bu şəxslərin işlə təmin olunması üçün əlaqədar qurumların operativ reaksiyasının önəmindən danışıb. Bildirib ki, ilk növbədə cəmiyyətin həssas qruplarının xahişlərinə diqqət yetirilməlidir.

İclasın gündəliyinə 5 məsələ daxil edilib. 3 qanuna uyğunlaşdırma məqsədilə dəyişikliyin edilməsi təklif olunub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliyə əsasən, bundan sonra peşə təhsili alan əlil tələbələrin təhsil haqqını dövlət ödəyəcək. Deputat Musa Quliyev bildirib ki, bu, dövlətin əlil vətəndaşlarına olan diqqətin bariz nümunəsidir. Millət vəkili peşə təhsili alan əlillərin işlə təmin olunması məsələsinə diqqət çəkib.

İclasda həmçinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi” haqqında qanun layihəsi müzakirəsi olunub. “Turizm haqqında qanunda təklif olunan dəyişikliklərə görə 300 nəfərdən çox tutumu olan turizm layihələrinin hazırlanması zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi məqsədilə sənəd və rəylər alınmalıdır. Bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Create Account



Log In Your Account