Sep 23 2019 17:07
Views: 1005

Bakıda oktyabrın  25-26-da  Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi planlaşdırılır. Bu toplantı 1989-cu ildə Yuqoslaviyada keçirilmiş Belqrad sammitindən sonra Avropada təşkil olunacaq ilk Zirvə Görüşü kimi tarixə düşəcək.

120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CBC-yə müsahibəsində bildirib ki,  Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi bu təşkilatın inkişafına öz töhfəsini verəcək.

 


Create Account



Log In Your Account