May 16 2019 17:38
Views: 181

Ümumi su tutumu 165 milyon kubmetr olan Şəmkirçay su anbarının potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm önəm daşıyır. Anbarın ehtiyatının daxili mənbələr hesabına formalaşması su təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. Burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradan götürülən su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq.

Sutəmizləyici qurğusu istismara verildikdən sonra Gəncə şəhərinə saniyədə 1141, Şəmkir şəhərinə 187, Samux  şəhərinə 85,  kəndlərə isə saniyədə 50 litr  içməli su veriləcək. Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün 27,5 km magistral su kəməri tikilib. Bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndləri, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun yaxın aylarda istismara verilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account