Aug 05 2019 19:04
Views: 548

Azərbaycanın ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi olub. Olimpiadada iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Təhsil naziri, 31-ci Beynəlxalq İnformatika Olimpiadasının sədri Ceyhun Bayramov bildirib ki, bu olimpiadanın Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. BU dəfəki olimpiadada Azərbaycan komandası 4 şagirddən ibarətdir. komandamızın yüksək səviyyədə hazırlığı məqsədi ilə təlim-məşq keçirilib.


Create Account



Log In Your Account