Dec 29 2018 17:41
Views: 442

“Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, regionların sənaye potensialından daha səmərəli istifadə etmək məqsədilə sənaye parkları və məhəllələri yaradılıb, müvafiq infrastruktur qurulub. Bunu “Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı – 2018” adlı tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, bu il ölkə iqtisadiyyatı üçün uğurlu keçib.

Şahin Mustafayev qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu indiyədək 35 min 600-dən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verib. bu kreditlər hesabına 165 minədək yeni iş yeri açılıb.iqtisadiyyatda özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edib.

 


Create Account



Log In Your Account