Apr 01 2020 18:05
Views: 191

Bakıda həyata keçirilən “ASAN Məktub” sosial proqramı davam edir. Bu humanitar yardım çərçivəsində könüllülər 65 yaşdan yuxarı tənha vətəndaşların gündəlik zəruri ərzaqla təmin olunmalarına kömək edirlər. Çünki karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ahıl insanlar evdən bayıra çıxa bilmirlər. Abicər Hüseynova səhhətində yaranan problemlər üzündən artıq bir neçə gündür ki, hətta vacib olan ərzaqları da ala bilmirmiş. Elə bu zaman onun köməyinə “ASAN Məktub”un könüllüləri gəlib.

Sosial proqram o qədər məşhurlaşıb ki, fəaliyyət göstərdiyi 4 gün ərzində 120-dən çox ehtiyacı olan təqaüdçü bura müraciət edib.

“ASAN Məktub” vasitəsilə bu günədək vətəndaşlar 5000-dək uşağın arzu və istəyi həyata keçirib. Ölkə ərazisində aprelin 20-dək elan edilən xüsusi karantin rejimi müddətində, bu proqram sayəsində özünü evdə təcrid edən bir çox ahıl insana sosial xidmətlərin göstərilməsi gözlənilir.


Create Account



Log In Your Account