Oct 12 2019 18:31
Views: 293

“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı tədbirləri davam etdirir. Dövlət proqramına uyğun olaraq İsmayıllı rayonunun 4 kəndinə təbii qaz verilib. 
Bu münasibətlə rayonun Qalagah kəndində keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev də iştirak edib. SOCAR prezidenti son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması xalqın rifahının yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir. 
İsmayıllı rayonunun Qalagah kəndində 208, Zeyvə kəndində 109, Soltankənd kəndində 106 və Uştal kəndində 91 ev qazlaşdırılıb, hər bir ev fərdi tənzimləyici və sayğacla təmin olunub. Bu kəndlərdə ümumilikdə 514 abonent qazla təmin olunacaq. Bu açılışdan sonra İsmayıllıda qazlaşdırılan evlərin sayı 17.313-ə çatıb.


Create Account



Log In Your Account