May 30 2019 16:53
Views: 285

Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərini bərabərlik və qarşılıqlı maraq əsasında qurur. Qəbul edilmiş Fəaliyyət Planı Avropa Şurası ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bunu Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə yeni Fəaliyyət Planının təqdimat mərasimində Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Bildirib ki, dörd il üçün nəzərdə tutulan Fəaliyyət Planı Avropa Şurası ilə praktik əməkdaşlıq üçün əsasdır. Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğun rəhbəri Verena Teylor bildirib ki, Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planının həyata keçirilməsi üçün 9 milyon avro ayrılıb. Onun sözlərinə görə, maliyyələşmənin 63%-i artıq həyata keçirilib.


Create Account



Log In Your Account