Nov 12 2018 14:41
Views: 594

Türkiyədə dünyanın ilk qitələrarası marafonu olan İstanbul Marafonu keçirilib. Bu il 40-cı dəfə təşkil olunan marafona dünyanın 100-dən çox ölkəsindən 30 min peşəkar atlet və 100 minə yaxın həvəskar qatılıb. Bununla da yeni rekord müəyyən olunub. 

Marafona qatılanlar arasında hər yaşdan insanlar olub. Fiziki məhdudiyyətli insanlar da yürüşüdə iştirak edib. Həvəskar marafonçuların bir çoxu cəmi bir neçə kilometr yol qət etsə də, peşəkarlar 42 kilometr məsafəni qaçıblar.

İstanbulun 15 iyul şəhidlər körpüsü üzərindən Asiyadan Avropaya yürüş edən idmançılar arasında müxtəlif mərhələlər üzrə qaliblər elan olunub.

42 kilometrlik marafonun əsas qalibi isə həm qadınlar, həm də kişilər arasında keniyalı atletlər olub. Onların hər biri  300 min lirəli əsas mükafata sahib olublar.

Builki marafon “Sağlam gələcək üçün qaç” şüarı altında keçirilib.  Builki marafonda xarici iştirakçıların sayı dəfələrlə artıb. Yürüşdə Azərbaycandan da peşəkar və həvəskar atletlər iştirak edib. İstanbul Marafonu Avropanın ən məşhur 17 marafonundan biri, dünyada yeganə qitələrarası marafondur.

 


Create Account



Log In Your Account