Dec 14 2018 18:16
Views: 346

Yeni dünya düzəninin formalaşmasında gənclər mühüm rol oynayacaq.  Bunu Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransında çıxış edən spiker Oqtay Əsədov bildirib. Onun sözlərinə görə, ötən 100 illiyin sonlarında baş verənlər beynəlxalq səylərin artmasına gətirib çıxarıb.

“Nəticə etibarilə bütün bunlar indiki və gələcək nəsillər üçün daha güvənli dünyanın qurulmasına gətirib çıxarmalıdır. Bu baxımdan konfransda müzakirə olunacaq mövzular bu yolları müzakirə etməyə imkan vercək. Dünya əhalisinin böyük hissəsini təşkil edən gənclər dünyaya öz töhvələrini verə bilərlər. Gənclər müxtəlif mədəniyyətlərə xas ideyaları daha tez mənimsəyirlər. Əminəm ki, gənclər yeni dünya nizamının formalaşmasında mühüm rol oynayacaq”.

Spiker Dağlıq Qarabağ münaqişəsi haqda da konfrans iştirakçılarına məlumat verib. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal edilib. Milli Məclisin sədrinin sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inkişafa mane olur.

“Azərbaycan hökuməti bu günümüzün çağırışlarını praktik həyata keçirmək üçün gənclərə çox gözəl şərait yaradır”. Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuvas ölkədə görülən işləri belə qiymətləndrib:

“Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlin dəyişikliyi sahəsində istlik 1.5 dərəcə artıb. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təhdidlərə hazır olmalıyıq. 7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin, səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır”.

Qlobal konfransda qeyd olundu ki, bu gün bütün dünyada gənclər qərar verən qurumlarda, xüsusilə də parlamentdə təmsil olunmalıdırlar. İndi dünyada yaşı 30-dan aşağı olan cavan deputatların sayı 2.2 faizdir. Dünya əhalisinin 30 yaşdan yuxarı olan hissəsi ilə müqayisədə parlamentarilərin sayında kəskin azlıq müşahidə olunur. Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə olunur, siyahıda Amerika ikinci yerdə qərarlaşır. Konfrans iştirakçıları bildirdilər ki, gənc deputatlar gələcəklə bağlı cəsarətli, qətiyyətli qərarlar verməyə hazır olmalıdır. Xüsusilə vurğulanıb ki, bütün ölkələrdə gənclərə daha çox səlahiyyət verilməsi acibdir. Gənclərlə bağlı qərarlar onların özünün iştirakilə qəbul olunmalıdır. Təhsil və  elm silahından istifadə etməklə yoxsulluğun qarşısını almaq lazımdır. Qlobal konfransda Azərbaycanla bağlı nümunələrdən də misal çəkilib.

Açılış nitqlərindən sonra “Ətraf mühitin mühafizəsində gənclərin rolu” mövzusunda panel sessiyası işə başlayıb. Sessiya zamanı gələcək nəsillər üçün hansı qanunların qəbulunun vacib olmasına dair müzakirə aparılıb. Həmçinin, tullantıları minimuma endirməyin yolları, daha davamlı istehlak və istehsal üçün atılacaq addımlar, təhsilə investisiya qoyulmasının önəmi kimi vacib məsələlər müzakirə olunub. Təbiət Qanunu Fondunun prezidenti Toni Oposanın video müraciəti səsləndirilib.

Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransında 5 qitə, 44 ölkədən olan 200-ə yaxın nümayəndə iştirak edir. Bu ilki toplantı “Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi” mövzusuna həsr edilib. 9 beynəlxalq təşkilat nümayəndələrinin ə qatıldığı tədbirdə Almaniya, Frnsa, Misir, İspaniya, kosta-Rikadan tutmuş Mozambik, Maldiv Respubliksı, Vyetnam, yeni Zelandiyaya kimi ölkələrdən gənc parlament üzlvəri iştirak edir. Konfrans işini sabah davam etdirəcək.

 

 

 


Create Account



Log In Your Account