Feb 11 2019 17:45
Views: 470

Martın 1-dən etibarən Azərbaycanda minimum əmək haqqının məbləği 40 faizə qədər artaraq 180 manata  çatdırılır. Bu isə ölkədə 600 min insanın əmək haqqının artımına səbəb olacaq. Büdcədən maliyyələşən təşkilatlarda, xüsusilə əmək haqları vahid tarif cədvəli ilə ödənilən işçilərin aylıq maaşı artacaq.

Əmək haqqı artımı vahid tarif cədvəli üzrə maaş alan elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, ekologiya, kənd təsərrüfatı, nəqliyyat və rabitə, su təsərrüfatı, mənzil-kommunal sahələrdinə işçiləri əhatə edəcək. Özəl sektorda da aşağı maaş alanların məvacibində artım olacaq.

Azərbaycanda ilk dəfədir ki, minimum əməkhaqqı ilə yaşayış minimumunun həcmi bərabərləşir. Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca önəmli addımdır və  insanların rifah halının yüksəlməsinə təsir göstərəcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən etibarn 130 manatdan 180 manatadək artırılır. Sərəncamın icrası ilə bağlı dövlət büdcəsindən 400 milyon manat əlavə vəsait ayrılacaq.


Create Account



Log In Your Account