Jul 03 2019 18:54
Views: 233

Prezident İlham Əliyevin  çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağli fərmanına uyğun olaraq ölkə ərazisində qeydiyyatda olan 466 yaşayış obyektində aparılan müayinələr başa çatıb. Yoxlamaları Fövqəladə Hallar Nazirliyinin  Tikintidə Təhlükəsizliyə Nəzarəti Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nümayəndələri birgə aparıb. Müayinələrdə Azərbaycanda bütün obyektlərin mühəndis təminatı ilə məşğul olan dövlət şirkətləri, o cümlədən “Azərişıq”, “Azərsu” və “Azəriqaz” da iştirak edib. Məlum olub ki, ilkin siyahılarda olmayan və sonradan əlavə olunan binalar ümumilikdə 480 binanın 5-də 1 hissəsini təşkil edir. Yaxın günlərdə bütün binalarda müayinələrin tam başa çatdırılması nəzərdə tutulur.

Aşkarlanan qüsurlar əsasən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi ilə bağlı olub. İlkin mərhələdə 50-yə yaxın binada bununla bağlı müsbət rəy verilmişdisə, bu gün bu rəqəm 250-yə çatıb. Digər kateqoriya nöqsanlara binanın dayanıqlılığın təsdiqi məsələsi, liftlər və mühəndis komunikasiyalarının istismara hazırlığı ilə bağlıdır. Bina sahiblərinə obyektin qeydiyyata alınması üçün mövcud olan çatışmazlıqları aradan qaldırmağa zaman verilib. Bu məsələ fərmanın  icrasının 2-ci mərhələsində nəzərdə tutulduğu kimi 5 aylıq bir müddəti əhatə edir.

Ötən müddət ərzində Əmlak Məsələləri Dövlət Komitəsinə aidiyyatı dövlət qurumlarından  58 binada yerləşən əmlakın qeydiyyata alınması və çıxarışların verilməsi  məqsədilə müraciətlər daxil olub. Buna müvafiq olaraq komitə icazə sənədləri elektron şəkildə daxil olduqca vətəndaşlara çıxarışların verilməsi məqsədilə ilkin  sənədlərin toplanılmasını həyata keçirir.  Vətəndaşların şəxsi müraciətləri də nəzərə alınaraq belə binalarda sosial kampaniyalar təşkil edilir. Sənədlərinin qəbulu məqsədilə səyyar mobil qeydiyyat xidmətləri təklif olunur.  Bu binaların əksəriyyəti Bakıda yerləşir və mənzillərinin sayı 10 min 400-ə yaxındır. 

Komitədən verilən məlıumata görə,  indiyədək istismarına icazə verilmiş 10-a yaxın binanın sakinlərinə mobil qeydiyyat xidmətləri göstərilib. Mənzil-tikinti kooperativləri ilə birgə maarifləndirmə işləri aparılır. “Əmlakına sahib ol” və “Mülkiyyətini qeydiyyata al” adlı sosial kampaniyalarda vətəndaşlardan ilkin sənədlər toplanılır. Bunun üçün MTK ilə bağlanmış müqavilədən çıxarış, maliyyə arayışı və şəxsiyyət vəsiqəsini təqdim etməklə dövlət rüsumunu ödəmək kifayət edir. 


Create Account



Log In Your Account