Mar 09 2018 18:30
Views: 784

Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri”nə Azərbaycan parlamenti ilə yanaşı, Türkiyə Böyük Millət Məclisi, Ukrayna Ali Radası, Polşa və Latviya seymlərinin komandaları qatılıb. Turnir martın 11-dək davam edəcək. Turnirin açılışı ilə bağlı keçirilən tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirdi ki, 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması mühüm hadisədir və bu prosesdə  Azərbaycan parlamentinin rolu böyükdür. Parlament Komandaları arası beynəlxalq futbol turnirinin keçirilməsi də ölkədə elan edilmiş Xalq Cühuriyyəti ilinə bir töhfədir.
Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri çərçivəsində parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlamentlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumu imzalanıb.


Create Account



Log In Your Account