Apr 15 2019 18:32
Views: 350

“Azexport” portalı ilk dəfə Hindistana yun ixrac edəcək. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, mərkəzin Azexport.az portalının təşkilatçılığı ilə Hindistanın iri yun idxalçılarından olan “NaT IN” şirkətinin direktoru Bakıya gəlib.

Müzakirələrin yekunu olaraq tərəflər Azərbaycandan il ərzində texniki göstəriciləri 25-29 və 29-34 mikron olmaqla, ümumilikdə 5 min ton qoyun yununun Hindistana ixrac olunması barədə ilkin razılığa gəliblər.

Hindistanla Azərbaycan şirkətləri arasında qoyun yunu emalı fabrikinin açılması barədə də ilkin danışıqlar aparılıb.

Sözügedən şirkət 35 ildən artıqdır Yeni Zelandiya, Suriya, Yunanıstan İspaniya, İtaliya, Misir və Çin başda olmaqla, dünyanın 17-dən artıq ölkəsindən Hindistana yun idxalı ilə məşğuldur.


Create Account



Log In Your Account