Jun 03 2019 19:18
Views: 515

Ramazan bayramı ərəfəsində 50 avtomobil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə  təqdim olunub. Bu gün keçirilən mərasimdə Xəzər markalı maşınlar sahiblərinə paylanıldı. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirdi ki,  indiyədək 6250 avtomobil müharibə əlillərinə təqdim olunub. Bu il isə 600 avtomobilin verilməsinə imkan yaranıb.

Mərasimdə Qarabağ müharibəsi əlillərinə və 20 Yanvar əlillərinə maşınların açarları paylanıldı. Neçə illərdir maşın növbəsində olanlar sevinclərini gizlədə bilmirdilər. Onlardan bəziləri açarı alan kimi maşınları sınaqdan keçirirdi.

Ötən ilə nisbətən bu il sosial proqram daha çox vətəndaşı əhatə edəcək. Belə ki, bu il üçün 200 nəfərin avtomobillə təmin olunması nəzərdə tutulsa da, martın 18-də Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, daha 400 maşının alınmasına vəsait ayrılıb. Beləliklə, ilin sonunadək maşınla təmin olunanların sayı 600-ə çatacaq.


Create Account



Log In Your Account