Nov 07 2019 18:56
Views: 278

Azərbaycanın 50 müxtəlif rayonunda su və kanalizisiya sisteminin yenidən qurulması və yaxşılaşdırılması üzrə işlər başlanılıb ki, bunlardan 30-da işlər davam edir. Bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov  deyib. Onun sözlərinə görə su və kanalizasiya sisteminin qurulması özündə 5 mərhələni birləşdirir. İlk olaraq su mənbəyi müəyyənləşdirilir. Daha sonra şəhər və ya rayon mərkəzinə çatdırılır. Burada su-kanalizasiya sistemi qurulur. İstifadə olunmuş suyun təmizlənməsi üçün qurğuların tikilməsi və suyun keyfiyətinin yoxlanılması nəzərdə tutulur. Artıq bir çox rayonlarda bu işlərin hamısı yekunlaşıb.
Yevlax, Bərdə, Horadiz, Balakən və Neftçalada 2019 cu ilin sonu, 2020- ci ilin əvvəlindən etibarən işlərə start veriləcək.. Gəncə, Şəki, Şirvan, Salyan, Şəmkir, Qax Və Mingəçevirə işlər hələ davam edir. Lakin su-kanalizasiya sisteminin qurulması üçün təmizləyici qurğular tikilərək təhvil verilməlidir. Yalnız bundan sonra rayonda işlərin yekunlaşdığını demək olar. “Azərsu” ASC-nin sədri həmçinin müəyyən rayonlarda müşahidə olunan su çatışmazlığına da diqqət çəkərək alternativ su mənbələrinin tapılmasının da prioritet olduğunu deyib.
Son illər Abşeron yarımadasında fasiləsiz su təminatı göstəricisi 30%-dən 81%-ə çatdırılıb. Bunun üçün 270 km yeni su xətti çəkilib. Bldirilib ki, suyun bulanlıq göstəricisi son illərdə dəfələrlə yaxşılaşdırılaraq 0.85 səviyyəsində saxlanılır . Bütün dünyada qəbul olunan norma isə 2.4 səviyyəsindədir. Lakin suyun təmizliyinə təsir edən əlavə faktorlar da var.
Qorxmaz Hüseynov gələcəkdə su xətlərinin bərpasından sonra uzun müddət asfaltlanmayan yollara rast gələ biməyəyimizi dedi . Belə ki, kiçik qazma işləri zamanı asfalt qatının tez bir zamada düzəlməsi üçün daha mobil texnikanın alnması nəzərdə tutulub. Azərsu” ASC-nin sədri  ölkənin bütün şəhər və rayonlarının su pasportlarını hazırlandığını da bildirb. Pasportlar suyun keyfiyyəti də daxil olmaqla bütün parametrləri əhatə edəcək. 

 


Create Account



Log In Your Account