Jul 24 2019 18:13
Views: 285

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı 50 minik avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib. Avtomobillərin verilməsi mərasimində çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli şəhid ailələrinə və müharibə əlillərinə qayğının ildən-ilə artırıldığını vurğulayıb.

Dövlət başçısının bul il martın 18-də imzaladığı sərəncama əsasən, müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə 5 milyon manat ayrılıb. Bu da 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək. Beləliklə, müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi mümkün olacaq. Artıq 200 avtomobil Qarabağ əlillərinə  təqdim edilib.


Create Account



Log In Your Account