Apr 20 2019 18:12
Views: 329

Aprelin 22-dən etibarən problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq. Proses  Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı qaydalar əsasında aparılacaq. Kompensasiya ödənişi ilə əlaqədar vətəndaşlara operativ şəkildə xidmət göstərilməsi üçün banklarda xüsusi əməkdaşlar ayrılıb. Mayın sonunadək banklar xüsusi iş rejimində işləyəcək.

Ekspert qeyd edir ki, müştərilərin məlumat almadan birbaşa banka getməsinə ehtiyac yoxdur. Banka nə vaxt getmək lazım olmasına dair müştəriyə SMS göndəriləcək. Növbədə vaxt itirməmək üçün vətəndaşlar SMS-də göstərilən vaxt banka getsələr, daha yaxşı olar. Vəsaitlər may ayının sonundək müştərinin hesabına yerləşdiriləcək. Lakin bu vəsaiti istənilən zaman hesabdan götürmək olar. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.

Qeyd edək ki, kompenasiya məbləğindən narazı qalan, yaxud adını siyahıda tapmayan müştərilər isə Maliyyə Bazarlarına Nəzarət Palatasının saytından Apelyasiya Komissiyasına müraciət ünvanlaya bilərlər.  


Create Account



Log In Your Account