Mar 04 2019 18:21
Views: 412

Bakı Mühəndislik Universiteti “Yeni Fikir 6” startap müsabiqəsinə start verib. Startap layihələrin online qeydiyyatına sabahdan başlanacaq  və mayın 5-ə kimi davam edəcək . Gənc startapçılar öz ideyalarını “Yeni Fikir” startap müsabiqəsinin  rəsmi saytında qeydiyyatdan keçməklə təqdim edə biləcək. BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən müsabiqənin əsas məqsədi yeni ideyaların, layihələrin formalaşması və inkişafı, eyni zamanda mövcud startapların güclənməsi və təkmilləşməsidir.

Universitetin rektoru Havar Məmmədov bildirib ki, sayca 6-cı  olan "Yeni Fikir" startap müsabiqəsi əvvəlkilərdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edəcək. Onun sözlərinə görə, keçiriləcək təlim və mentorluq proqramları mövcud startapların güclənməsi ilə yanaşı, yeni startap layihələrin formalaşması və inkişafına şərait yaradacaq.

Layihə səkkiz ay davam edəcək. İlkin qiymətləndirmə və yarımfinalçıların seçilməsi prosesi  mayın 6-15 -də keçiriləcək. Müsabiqədə 5 ən yaxşı ideya və layihə seçilərək qalib elan ediləcək. Bu qalib komandalar xüsusi hazırlanmış inkubasiya və akselerasiya proqramları vasitəsilə BP-nin maliyyə dəstəyini almağa davam edəcək. Onlar öz startaplarını uğurlu sahibkarlıq imkanlarına doğru inkişaf etdirmə şansı qazanacaq. BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli  bildirib ki, BP-nin sosial sərmaye strategiyasının  əsas istiqamətlərindən biri  təhsil və güclü intellektual kapitalın yaradılmasıdır.

Layihənin dəyəri təxminən 118 000 manat  təşkil edir. Layihə çərçivəsində 400-dən çox iştirakçı arasından təxminən 150 startap müraciətinin  qəbul ediləcəyi  bildirilir.


Create Account



Log In Your Account