Mar 23 2018 18:26
Views: 741

Novruz bayramı Amerika Birləşmiş Ştatlarında da qeyd olunub. Ölkənin paytaxtı Vaşinqtonda rəsmi səviyyədə keçirilən tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin birgə iştirakı ilə reallaşıb. Tədbirdə Novruz bayramının qədim adət-ənənələrə malik olduğu qeyd olunub. Bu bayramın xalqların həyat və mədəniyyətində xüsusi yer tutduğu diqqətə çatdırılıb, Novruzun xalqları birləşdirən bir dəyər, sülh və əməkdaşlığın təzahürü olduğu vurğulanıb. Bayram tədbirində Azərbaycan və Orta Asiya ölkələrinin incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib, milli rəqslər ifa olunub.


Create Account



Log In Your Account