Mar 18 2019 18:11
Views: 249

Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yolları yenidən qurulur. Bu 18 km uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, Qoxmuq kəndinin, Baltalı, Babaratma və Qudula və Daşüz kəndlərinin yollarıdır. Yenidən qurulan yolların eni 10 metr təşkil edəcək və 2 hərəkət zolaqlı olacaq. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-dən çoxdur.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin qurulması planlaşdırılır. hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account