Nov 02 2019 19:31
Views: 138

İçərişəhərdə yerləşən İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzində fiziki məhdudiyyətli uşaq və gənclər digər yaşıdları incəsənət vasitəsilə həyatı birlikdə kəşf edirlər. Bu mərkəz Aİ, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında 2018-ci ildə imzalanmış layihə çərçivəsində yaradılıb və bu yaxınlarda açılışı olub. Mərkəzdə uşaq və gənclər müxtəlif sənət növləri öyrənir, yaradıcılıqla məşğul olurlar. Mərkəz İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas mərkəzin tələbələrin ilk qrupu ilə görüşüb. O, qeyd edib ki, bərabər davranış, bərabər imkanlar və ayrıseçkiliyə yol verilməməsi cəmiyyətdə əlilliyi olan insanlar üçün inklüziv imkanları təmin edir. Maneələr  isə həm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır.
Qeyd edək ki, İçərişəhərdəki yeni İncəsənət və Sənətkarlıq üzrə Peşə Təlimi Mərkəzində təqdim olunan altı kursda əlilliyi olan 25 və əlilliyi olmayan 40 tələbə təhsil alır. Mərkəzdə  dulusçuluq və dekorativ həllər, ağac üzərində iş, polimer gili və muncuqlardan suvenirlərin hazırlanması və digər sahələr üzrə kurs fəaliyyət göstərir. Kurslar həftədə bir dəfə 2 saat davam edir.


Create Account



Log In Your Account