Feb 08 2019 15:34
Views: 433

69-cu Berlin Beynəlxalq Film Festivalı danimarkalı rejissor Lone Şerfiqin "Yadların yaxşılığı" filmi ilə start götürüb. Bu həyatının ən ağır günlərini yaşayan 4 nəfərin Nyu-Yorkda soyuq qış günlərinin birinə təsadüf edən görüşündən bəhs edir.

Festivalın əsas proqramına 25 ölkədən 23 film daxildir. Onlar arasında Fransua Ozon, Aqnyoşka Holland, Çjan İmou, Anyes Vard, Yuval Adler və başqalarının əsərləri var. Almaniyalı rejissor Veit Helmerin Azərbaycan kinematoqrafçıları ilə birgə çəkdityi “The Bra “ filminin də nümayişi nəzərdə tutulub. Ən yaxşı filmləri seçəcək Münsiflər heyətinin tərkibinə kinotənqidçi Castin Çan, almaniyalı aktrisa Sandra Hüller, Nyu-York Müasir İncəsənət Muzeyinin kino bölməsinin baş kuratoru Racendra Roy daxildir.

1951-ci ildən etibarən hər il keçirilən “Berlinale” festivalında ölkəmiz də təmsil olunacur. Həmyerlimiz Samirə Əsgərova bu proqramda iştirak üçün müxtəlif ölkələrdən olan ərizəçilər arasından seçilib. Festivalın “Qızıl ayı” mükafatının təqdimatı isə fevralın 16-da baş tutacaq.

 


Create Account



Log In Your Account