Sep 10 2020 18:01
Views: 252

7 azərbaycanlı idmançının medalları dopinq səbəbi ilə əlindən alınıb. Ötən il ölkə əhəmiyyətli müxtəlif yarışlarda iştrak edən bu idmançılar fəxri kürsünün müxtəlif pillələrində yer almışdılar. Onların dopinqdən istifadə etməsinin ortaya çıxması isə bütün nəticələrə yenidən baxılmasına səbəb olub.  Müvafiq idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı tədbirlər görülüb.

Nəticələri ləğv olunan idmançılar böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatında iştrak etmiş Həsənbəy Həsənzadə, Vasif Səfərov,  Orxan Zeynalov, samboçu Vüqar Şirinov, cüdoçu Aliyə Müslümova, boksçu Kamran Orucov və güllə atıcısı Jalə Bayramovadır.


Create Account



Log In Your Account