Sep 17 2019 19:16
Views: 555

“Özünüməşğulluq proqramı ötən il 6,5 dəfə genişləndirilib və 7267 nəfər proqrama cəlb edilib. 2019-cu ildə isə proqrama 10 min ailənin cəlbi nəzərdə tutulub”. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev özünüməşğulluq proqramının icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Qeyd edib ki, layihədə iştirak edən vətəndaşların 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür.

Artıq proqram iştirakçıları haqqında bilgiləri internet vasitəsilə də əldə etmək mümkündür. Nazirliyin “e-sosial” portalında bununla bağlı xüsusi altbölmə yaradılıb. Və proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların, foto və videomaterialların həmin altsistemə daxil edilməsinə başlanılıb.

Özünüməşğulluq proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə ehtiyacı olan şəxslər təşkil edir. Bu ilin səkkiz ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalarından olan şəxslər 2555 nəfərdir.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə birgə icra olunan "Sosial bağlar" layihəsi çərçivəsində ötən il 125 ailə üçün müvafiq bağlar salınıb. Bu il daha 250 vətəndaş üçün sosial bağların salınması təmin ediləcək.


Create Account



Log In Your Account