Mar 08 2019 15:15
Views: 394

Beynəlxalq Qadınlar Gününün tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. 
Beynəlxalq Qadınlar günü Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Prezident İlham Əliyev də xanımlara ünvanladığı təbrikdə onların cəmiyyətdəki rolunu yüksək qiymətləndirib.
Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti də Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Bu il Beynəlxalq Qadınlar Gününün mövzusu bərabərlik barədə düşünmək, uzaqgörənliklə yaratmaq, dəyişikliklər məqsədi ilə yeni metodlar hazırlamaqdır. BMT-nin baş katibi Antonio Quterreş bu münasibətlə müraciətində qeyd edib ki, məqsəd gender bərabərliyinin əldə olunmasında diqqəti innovasiyalı üsullara cəlb etmək, qadınların hüquq və azadlıqlarının genişləndirmək, sosial müdafiə, dövlət xidmətləri və dayanıqlı inkişaf sahələrində zərif cinsin nümayəndələrinin rolunu artırmaqdan ibarətdir.
Xatırladaq ki, BMT-nin 2030-cu ilədək Gündəliyin əsas məsələləri arasında qadın və qızların pulsuz, bərabərhüquqlu və keyfiyyəti ibtidai və orta təhsil alması prosesinin başa çatıdırılması da var. dünyanı narahat edən əsas problemlərdən biri də münaqişələr nəticəsində qadın və qızların ən çox zərər çəkməsidir. Beynəlxalq Qadınlar Günündə bütün dünyada qadınlara qarşı zoralığa son qoyulması, cinsi ayrı-seçkiliyə yol verilməməsi kimi məsələlərə diqqət çəkilir.


Create Account



Log In Your Account