Jun 14 2019 16:22
Views: 259

Bu gün Azərbaycanda orta məktəblərin məzunları üçün “Son zəng” çalındı. Ölkənin ümumtəhsil müəssisələrində əsl bayram abı-havası vardı. Minlərlə məzun bu unudulmaz günün həyəcanını yaşadı. 

Bu gün ölkənin bütün məktəblərində minlərlə şagird eyni hissləri keçirir.  Məzun olmağın sevinci ilə doğma məktəbdən ayrılmağın kədərini eyni anda yaşayırlar.

Bakı Atatürk Liseyinin şagirdləri də öz doğma təhsil ocaqları ilə vidalaşdılar. Məzun gününə xüsusi hazırlaşan 11-cilər maraqlı səhnəciklər, rəqslər, mahnı ifaları təqdim ediblər.

Bu gün təkcə məzunlar üçün  özəl deyil. Məzunlar qədər sevincli və həyəcanlı olan birincilər də unudulmaz anlar yaşadı. Onlar da çıxış etdilər, şeir səsləndirib, rəqs etdilər.

"Son zəng" 2016-cı ildən tədris ilinin müddətinin uzadılması ilə əlaqədar olaraq hər il iyunun 14-də keçirilir. 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 min 514 şagird bitirib. Paytaxtın ümumi təhsil müəssisələrində bu il 11-ci sinif üzrə 19 min 786 nəfər məzun olub.


Create Account



Log In Your Account