Aug 07 2020 18:03
Views: 453

Ötən ay Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzinə 11 mindən artıq müraciət olub. Bunu Səhiyyə Nazirliyinin yaratdığı işçi qrupunun üzvü Sevda Məmmədova CBC-yə müsahibəsində bildirib. O vurğulayıb ki, çağrı mərkəzinə müraciət olunduqda, yalnız sahə həkiminin rəyinə əsasən  COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test götürülməsi üçün səyyar tibbi xidmət göndərilir.

Sevda Məmmədovanın sözlərinə görə, çağrı mərkəzinə yalnız Azərbaycan vətəndaşları deyil, eyni zamanda burada təhsil alan və yaşayan əcnəbi vətəndaşlar da müraciət edir. Operatorlar onlara xarici dillərdə ətraflı məlumat verib kömək göstərirlər.

İşçi qrupunun üzvü xatırladır ki, ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələr 814 çağrı mərkəzinə deyil, birbaşa 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidirlər. 
 


Create Account



Log In Your Account