May 09 2019 16:20
Views: 307

9 may Faşizm üzərində qələbə tarixini milyonlarla insan xüsusi təntnə ilə qeyd edir. Dünyanın tarixində yeni bir mərhələnin başlanğıcı olan bu tarix Azərbaycanlılar üçün də əzizdir. Azərbaycanın müharibənin qələbə ilə başa çatmasında xüsusi rolu olub. Müharibə dövründə Bakıda 130 növ silah və sursat istehsal olunub. SSRİ-nin yanacaq ehtiyacının 80 faizi isə bakı nefti hesabına təmin edilib. Faşist Almaniyasının başladığı müharibədə 700 mindən çox azərbaycanlı iştirak edib. Yüzlərlə azərbaycanlının adı müharibənin tarixinə qızıl hərflrlə yazılıb. Onlardan biri də Sovet Ordusunun genereal-polkovniki Tofiq Ağahüseynovdur.

Tofiq Ağahüseynovun hərbçi bioqrafiyası yarım əsri əhatə edir. 18 yaşında leytenant olan həmyerlimiz 57 yaşında general-polkovnik rütbəsinə layiq görülüb. Zenit qurğuları Batereyasının komandiri vəzifəsindən varşava Müqaviləsi təşkilatına üzv dövlətlərin Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsinədək zəngin karyerası olub.  1942-ci ildə müharibəyə gedən Tofiq Ağahüseynov Varşavanın azad olunmasında iştirak edib, Berlinə kimi döyüş yolu keçib.

Müharibə veteranı etiraf edir ki, heç vaxt hərbçi olmaq haqqında düşünməyib. Ancaq tale özü onun həyat yolunu müəyyənləşdirib. Müharibədən sonra təhsilin davam etdirmək qərarına gəlib. 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyanın dinləyicisi olur. 

Bu gün 96 yaşlı veteran respublika Müharibə Veteranları təşkilatının sədridir. Onun 23 medalı və 8 ordeni var. Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Qeyd edək ki bu gün Azərbaycanda 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş 400 nəfərə yaxın veteranı var.


Create Account



Log In Your Account