May 09 2019 18:54
Views: 1232

Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının təşəbbüsü ilə açıq havada bayram tədbiri təşkil olunub. İkinci dünya müharibəsində qəhrəmanlıq nümayiş etdirən şəxslər, onların yaxınlarının qatıldığı hərbi orkestrin ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Bayram ab-havası hökm sürən tədbirdə qonaqlara həm də səhra əsgər mətbəxinə aid yeməklər təqdim olunub. Süfrədə ikinci dünya müharibəsi illərində əsgərlərin yediyi qidalar qoyulub. Burada metal qablarda qarabaşaq yarması, badımcan kürüsü, çovdar çörəyi və sala təqdim olunub. Qonaqlara həmin dövrün qiyafəsində olan əsgərlər qulluq göstərirdi.

Bayram tədbirində iştirak edənlər həmin illəri xatırlayıblar.

Toplantıda təkcə ikinci dünya müharibəsi iştirakçıları və onların qohumları yox, Qarabağın azadlığı uğrunda vuruşan şəxslər də iştirak edirdi. Onlar tezliklə qələbə bayramının Qarabağda qeyd olunmasını arzulayırlar.

İkinci dünya savaşını XX əsrin ən ağır və faciəli dövrü adlandırırlar. Bu müharbədə 60 milyon insan həlak olub. yüzlərlə şəhər və insan taleləri dağıdılıb. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 14 azərbaycanlı Şöhrət ordeni, 123 nəfər isə Sovet ittifaqı Qəhrəmanı adı alıb. Ümumilikdə 170 mindən çox həmvətənimiz müxtəlif orden və medallarla təltif olunub.

 


Create Account



Log In Your Account