Apr 10 2019 17:39
Views: 250

İranda aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi qonşu ölkəyə humanitar yardım göndərib. Yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb. Ümumilikdə 15 yük avtomobili ilə çatdırılacaq yardıma fəlakətin fəsadlarının aradan qaldırılması üçün avadanlıqlar, eləcə də zərər çəkən insanlara lazım olan əşyalar var.
Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib. Son 2 həftədə ölkədə yağan aramsız yağışlar 20 əyalətdə sel və daşqına səbəb olub. ən son məlumata görə, ölənlərin sayı 70 nəfərə çatıb. Yeni daşqın təhlükəsi ilə bağlı bir neçə şəhərdə əhali evakuasiya edilir.


Create Account



Log In Your Account