Apr 06 2019 17:54
Views: 219

Avropa İttifaqı Azərbaycanla münasibətləri dostluq və tərəfdaşlıq münasibətləri kimi qiymətləndirir. Bunu CBC-yə müsahibəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Diplomat qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında yaxın vaxtlarda imzalanması gözlənilən saziş ikitərəfli əməkdaşlığın əsaslarını müəyyən edəcək. Qeyd edib ki, tərəflər danışıqların tezliklə uğurla nəticələnəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Bunun üçün hər iki tərəfdə siyasi iradə var.

Səfir Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının bu günlərdə Brüsseldə keçirilən 16-cı iclasını da yüksək qiymətləndirib.

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının Brüsseldə keçirilən iclasından sonra tərəfdaşlıq sazişi sənədinin 95 faizinin razılaşdırıldığı barədə məlumat verilib. Gələn ay sənədin tamamilə razılaşdırılması gözlənilir.


Create Account



Log In Your Account