Apr 05 2019 18:04
Views: 227

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclası çərçivəsində aparılan müzakirələr Azərbaycanla qurum arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını sürətləndirə bilər. Politoloqlar hesab edir ki, müzakirələrdən sonra verilən açıqlamada da qeyd olunduğu kimi sənəd demək olar ki, hazırdır. Azərbaycanla Avropa İttifaqını mühüm enerji və nəqliyyat layihələrinin bağladığına diqqət çəkən ekspertlərin fikrincə, bu saziş hər iki tərəfə əməkdaşlığı daha da dərinləşdirməyə imkan verəcək. Bundan başqa Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirilir.


Create Account



Log In Your Account