Apr 04 2019 18:14
Views: 224

Bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı-Aazərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilib. Toplantıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə xarici işlər naziri Elmar Məmmədyarov martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş barədə də məlumat verib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini  bildirib ki, müzakirə edilən prioritet məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. O, Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini tam dəstəkləməyə davam edəcəyini bir daha vurğulayıb.

Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqların başa çatmaq üzrə olduğu da elan edilib. Bildirilib ki, danışıqlar yekun mərhələdədir və tezliklə başa çatacaq.

Qeyd olunub ki,  son illərdə Azərbaycan və Aİ arasında ətraf mühit, iqlim, nəqliyyat sahələrində də əməkdaşlığı gücləndirib. İclasda həm dəd böyük geosiyasi layihə olan Cənubi Qaz Dəhlizi layihəsini müzakirə olunub bildirilib ki, 2020-ci ildə bu layihə icra ediləndə və Azərbaycan sektorundan qaz Avropaya çatdıqda bu əməkdaşlıq üçün tamamilə yeni imkanlar açacaq. Bu layihənin Balkan ölkələrinə kimi genişlənmək ehtimalı da vurğulanıb. Xarici işlər naziri Elmar Məmmədyarov 10 illiyi qeyd olunan Şərq tərəfdaşlığı layihəsi çərçivəsində çox işlər görülə biləcəyini bildirb.

 


Create Account



Log In Your Account