Jan 22 2020 20:57
Views: 145

Danışıqların oturuşmuş formatı olmasına baxmayaraq Ermənistan tərəfi mövcud danışıqlar formatını dəyişdirməyə cəhd göstərib. Bu barədə prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euroactive”ə müsahibəsində bildirib. Hikmət Hacıyev Ermənistan tərəfinin işğal olunmuş Azərbaycan torpaqlarını ilhaq etmə cəhdlərini tamamilə qəbul edilməz adlandırıb. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və sarsılmaz mövqeyini təqdir etdiklərini vurğulayan Hikmət Hacıyev qeyd edib ki, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq prioritetləri sənədində bir daha təsdiqlənib. Hikmət Hacıyev Avropa İttifaqı ilə əməkdaşlıq məsələsinə də toxunub. Bildirib ki, Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Onun sözlərinə görə, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzərində iş aparılır və saziş mətninin demək olar ki, 90 faiz hissəsi razılaşdırılıb.


Create Account



Log In Your Account