Dec 07 2019 20:01
Views: 420

“Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə ölkənin bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşuldu. Vətəndaşlarımızın bu aksiyada iştirakı yüksək səviyyədə idi”. Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov CBC-nin “Xəbərlər” buraxılışında bildirib. O qeyd edib ki, bütün respublikanı əhatə edən ağacəkmə kampaniyası həm böyük şairin irsinin dünyada tanıdılmasına, həm də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqların daha da artırılmasına, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə xidmət edir.


Create Account



Log In Your Account