May 17 2018 15:45
Views: 800

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında mədəniyyət sahəsində yaxşı əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr hər zaman yüksələn xətlə inkişaf edib. Bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili  Vilyam Gill “Çərçivədən Kənar Mənsubiyyət” adlı foto-sərginin açılış mərasimində  CBC-yə müsahibəsində belə deyib. Bildirib ki, ölkələr  arasında güclü əlaqələrin qurulması ilk növbədə mədəniyyət və incəsənət sahəsində möhkəm əməkdaşlığın olmasını şərtləndirir.
Fotorqraf Edvard Körtisin 52 əsərinin nümayiş olunduğu sərgidə ötən əsrin birinci rübündə Şimali Amerika yerlilərinin həyat tərzi və mifik dünya görüşü  əks olunur.
Amerikalı fotoqraf Edvard Körtis 1900-1930 cu illər ərzində Şimali Amerikada 80-dən çox hindu qəbiləsini ziyarət edib. Bu müddət ərzində on minlərlə fotoşəkil və səsyazısı, təxminən yarım milyon sözdən ibarət mətn ərsəyə gətirib. Onun yaradıcılığı hesabına şimali Amerika hinduları barədə 20 cildlik kitab çap edilib.  Qeyd edək ki,  Azərbaycan Xalça muzeyində keçirilən  fotosərgi mayın 22-dək davam edəcək.


Create Account



Log In Your Account