Aug 08 2019 15:40
Views: 394

Azərbaycan çoxdinli bir ölkə kimi müxtəlif dini azlıqların birgə yaşaması və ölkədəki dözümlülüyün yüksək səviyyədə olması hər zaman Amerika Birləşmiş Ştatları hökumətinin diqqətini cəlb edir. xüsusilə, Azərbaycanda müxtəlif məzhəb və din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiq bir haldır. Bunu  CBC-nin Vaşinqton bürosuna verdiyi ekskluziv müsahibəsində Amerikanın dini azadlıq məsələləri üzrə səfiri Samuel Braunbak deyib. Bildirib ki, Azərbaycan-Amerika əlaqələrində dini azadlıqlar sahəsində əməkdaşlıq önəmli yer tutur.

Amerikalı diplomat Azərbaycanda yəhudi icmasının digər dinin nümayəndələri ilə birgə əmin-amanlıq şəraitində yaşamasını xüsusi qeyd edib. bildirib ki, bu, xoş bir nümunədir. yəhudilər özlərini Azərbaycanda çox rahat hiss edirlər.

Dağlıq Qarabağda Ermənistan ordusunun Azərbaycanın dini irsinə aid olan abidələri dağıtması və məcburi köçkünlərin öz torpaqlarında azad şəkildə ibadət etməkdən məhrum olması ilə bağlı suala cavabında Samuel Braunbak qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Amerika-Azərbaycan münasibətlərinin vacib bir hissəsidir.


Create Account



Log In Your Account