May 31 2019 17:28
Views: 452

“Azərbaycanla ABŞ arasında bir çox sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətləri mövcuddur”. Bunu ABŞ-ın Prezidenti Donald Trampın XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubu CBC-yə şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin uğurlu inkişafı həm qarşılıqlı səfərlərdə, həm də yüksək səviyyəli dövlət rəsmilərinin məktub və bəyanatlarında öz əksini tapır.

Millət vəkili cavanşir Feyziyev isə hesab edir ki, son illər aparılan iqtisadi islahatlar Azərbaycana olan rəğbətin bütün dünyada daha da artmasına səbəb olub. ABŞ Prezidentinin məktubunda əksini tapmış fikirlər bunu bir daha təsdiq edir.

ABŞ Prezidenti Donald Trampın 28 May respublika günü ilə əlaqədar  Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr yüksək qiymətləndirilib.  XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi ilə əlaqədar təbrik məktubunda isə Azərbaycanın öz tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmadığı qeyd edilib.


Create Account



Log In Your Account