Apr 18 2019 18:46
Views: 217

ABŞ-ın Vaşinqton ştatında yerləşən Kinq Vilayət Şurasının iclasında Azərbaycana dair geniş təqdimat keçirilib. Təqdimatda Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi coğrafi məkan, iqtisadi inkişafı və mədəniyyəti haqqında məlumat verilib. Kent Vilayət Şurasının üzvü Pit fon Reyxbauer  Azərbaycanın Şərqdə bir çox ilklərə imza atdığını bildirib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin bu gün dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini və Cənubi Qafqaz regionunda ABŞ-ın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi də daxil olmaqla, müxtəlif sahələrdə ABŞ-la sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Vaşinqton ştatının ən böyük vilayəti olan Kinq Vilayəti əhalisinin sayına görə ştatda 1-ci, ABŞ-da isə 13-cü yeri tutur. Vilayətin mərkəzi şəhəri olan Sietl şəhəri ABŞ-ın mühüm sənaye və ticarət şəhərlərindən hesab olunur.

 

 

 

 


Create Account



Log In Your Account