Nov 09 2018 14:09
Views: 158

ABŞ-ın Boston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın ABŞ-dakı səfirİ Elin Süleymanov çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumat verib. Bildirib ki, bu respublikanın mirası olan bayrağı 100 il öncə cümhuriyyət qurucuları ucaldıb, Azərbaycanın müstəqillik qazanmasından sonra bir daha bu bayraq ölkəmizin rəmzinə çevrilib. Səfir Bostonda keçirilən  ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkərək bu forumun Prezident İlham Əliyevin innovasiya siyasətinin uğuru olduğunu qeyd edib. Bildirib ki, bu günlərdə təsis edilən İnnovasiya Agentliyi bu sahənin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Azərbaycan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlar, startap şirkətlərinin ekosisteminin inkişafı üzrə görülən işlər, aparılan islahatlar barəsində məlumat verib. Forumda Azərbaycandan getmiş nümayəndə heyəti ilə yanaşı, ABŞ-dan çox sayda nümayəndə də iştirak edib.

Robert Sekutanın sözlərinə görə, keçirilən forum Azərbaycanın Bostondakı innovasiyaları öyrənmək baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinə töhfə sayıla bilər.


Create Account



Log In Your Account