Oct 31 2019 16:17
Views: 182

ABŞ-da yaşayan azərbaycanlılar özünü işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin dırnaqarası xarici işlər naziri kimi təqdim edən Masis Mayılyanın Birləşmiş Ştatlara səfərinə etiraz ediblər. Masis Mayılyanın iştirakı ilə tədbirin keçirildiyi Konqresin Reynbörn binasının qarşısında toplaşan  Azərbaycan icmasının üzvləri Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bəyan edib, Azərbaycanlılara qarşı qanlı cinayətlərin müəllifi olan erməni rəsmilərinin şəkillərini nümayiş etdiriblər. Aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, erməni terroru, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinə gələnlərin diqqətinə çatdırıblar.

Aksiyada Vaşinqtonla yanaşı ABŞ-ın digər şəhərlərindən olan azərbaycanlılar da iştirak edib. Onlar erməni cinayətləri barədə Amerika ictimaiyyətinə məlumat veriblər.

Erməni lobbi təşkilatının lideri Aram Hamparyan azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxaraq  qondarma “erməni soyqırımı” haqqında iddilar səsləndirib, təxribata cəhd edib. Polis təxribatın qarşısını alıb.

Xatırladaq ki, Azərbaycan ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı rəsmi Vaşinqtona etirazını bildirib. Azərbaycanın ABŞ-dakı səfirliyi etirazı Dövlət Departamentinə çatdırıb.


Create Account



Log In Your Account