Aug 08 2019 15:45
Views: 247

Azərbaycan mədəniyyətini Amerika Birləşmiş Ştatları sakinlərinə tanıtmaq və milli musiqilərimizin bütün gözəlliklərini nümayiş etdirmək. Artıq uzun illərdir bunlar Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarovanın ABŞ-da əsas missiyasıdır. Pianoçu “Milli musiqi və qlobal mədəniyyət” adlı cəmiyyət də yaradıb. mütəmadi olaraq vətənə gələn Nərgiz Əliyarova burdakı konsertlərini bir növ hesabat kimi qiymətləndirir. 

Pianoçunun yaratdığı cəmiyyət milli musiqilərin xaricdə tanıtımı ilə məşğuldur. Son illər bu qurum ABŞ-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 və 101 illiklərinə, Nəsiminin 650 illiyi və Azərbaycan multikulturalizminə həsr olunan konsertlər təşkil edib. bütün bu proqramlarda amerikalı musiqiçilər də iştirak edib.

Pianoçu deyir ki, gördüyün işin əhəmiyyətli nəticə verməsi çox vacibdir. Təşkil olunan konsertlərlə bağlı müsbət rəy və fikirlərin olması onu deməyə əsas verir ki, məqsədə nail olunur.

Nərgiz Əliyarova İtaliyada beynəlxalq müsabiqənin laureatıdır. Eyni zamanda çox sayda festivalın iştirakçısıdır. Onun diskləri Avropada və Türkiyədə çıxıb. Gələcəkdə pianoçu yenidən Bakıda çıxış etməyi planlaşdırır.


Create Account



Log In Your Account