Oct 14 2019 19:48
Views: 265

ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzində Azərbaycanın xalq şairi Ramiz Rövşən ilə Amerikada yaşayan azərbaycanlı ədəbiyyat sevənlər arasında canlı video bağlantı vasitəsilə görüş keçirilib. Ticarət Palatasının Vaşinqton şəhərində yerləşən inzibati binasında baş tutmuş görüşə Vaşinqton şəhəri və ətraf ştatlarda yaşayan soydaşlarımızla yanaşı, Meyn, Nyu York, Nyu Cersi və Texas ştatlarında da yaşayan azərbaycanlılar da video bağlantı vasitəsilə qatılıblar.  
Azərbaycanın müasir fəlsəfi şerinin görkəmli nümayəndəsi olan Ramiz Rövşən ilə keçirilmiş görüşdə şairin həyat və yaradıcılığı, şerlərinin obyekti, müasir Azərbaycan ədəbiyyatı mövzusunda geniş müzakirələr aparılıb. İki saat davam edən görüşdə Azərbaycan ədəbiyyatın problemlərinə də toxunan şair oxucu ilə onan münasibətlərinin hazırkı vəziyyətini şərh edib, icma nümayəndələrinin sualları cavablandırıb. 
Ramiz Rövşənlə görüş Azərbaycan Mədəniyyət Mərkəzinin  “Şənbə Söhbətləri” proqramı çərçivəsində baş tutub. Bu proqramın əsas məqsədi ABŞ-da yaşan azərbaycanlıların Azərbaycanın tanınmış incəsənət, mədəniyyət və elm xadimləri ilə görüşlərinin təşkilidir.


Create Account



Log In Your Account