Nov 22 2019 17:16
Views: 221

İndiyə kimi “Azəri-Çıraq-Günəşli” yataqları üzrə 496 milyon ton neft və 163 milyard kubmetr qaz hasil olunub. energetika naziri Pərviz Şahbazov ABŞ-da “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə bu barədə məlumat verib. “Əsrin müqaviləsi”nin geosiyasi və geoiqtisadi əhəmiyyətindən bəhs edən nazir bildirib ki, “Əsrin müqaviləsi” çox mürəkkəb bir dövrdə milli lider Heydər Əliyevin qətiyyəti sayəsində imzalanıb.  Ölkənin neft sektoruna yeni texnologiyaların, 100 milyard dollardan çox sərmayənin cəlbi, yeni neft-qaz layihələrinin işlənilməsi, 146 milyard dollardan çox gəlir əldə edilməsi və neft gəlirlərinin sosial məsələlərə, xalqın rifahına, insan kapitalının və iqtisadiyyatın inkişafına yönəldilməsi 25 ilin nailiyyətləridir.

Energetika naziri Azərbaycanın enerji siyasəti kursunun həyata keçirilməsində xarici enerji şirkətləri ilə tərəfdaşlıq münasibətlərini və ABŞ-ın davamlı dəstəyini yüksək qiymətləndirib. Tədbirdə çıxış edən SOCAR-ın vitse prezidenti Elşad Nəsirov bildirib ki, Azəri-Çıraq-Günəşli yataqlar bloku dünyanın ən böyük yataqlarından biridir. Onun işlənməsini nəzərdə tutan “Əsrin müqaviləsi” qlobal əhəmiyyətli bir razılaşmadır.

Tədbirdə ABŞ-ın Azərbaycandakı sabiq səfirləri Robert Sekuta, Riçard Morninqstar və Azərbaycan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov çıxış edərək ABŞ-Azərbaycan əlaqələrinin bütün sahələrdə, o cümlədən energetika sektorunda inkişaf etdiyini bildiirblər. Rəsmi Vaşinqtonun Azərbaycanın enerji layihələrinə dəstəyi yüksək qiymətləndirilib.

Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ABŞ Dövlət Katibinin Enerji ehtiyatları üzrə köməkçisi Frensis Fannon, ABŞ Enerji Katibinin müavini Mark Menezes, digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri və enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.


Create Account



Log In Your Account