Feb 17 2018 16:37
Views: 2044

Bu rəsmlərin əksəriyyətini Amerika Birləşmiş Ştatlarında yaşayan azyaşlı azərbaycanlı uşaqlar çəkiblər. Azərbaycana sevgi ilə... Sərgi belə adlanır. Halbuki əsərlərin müəllifləri heç vaxt Azərbaycanda yaşamayıblar. bununla belə doğma vətəni təsəvvürlərində canlandırdıqları kimi tabloya köçürməyə çalışıblar.
Uşaq-gənclər İnkişaf Mərkəzinin müdiri Əminə Musayeva deyir ki, mərkəzin üzvləri “My way”  uşaq inkişaf mərkəzi ilə birlikdə sərgi təşkil ediblər. “Artıq ikinci ildir ki, bu mərkəzlə bərabər işləyirik. Burada həm bizim, həm də amerikalı uşaqların 60-dan çox əsəri var. İnanırıq ki, bundan sonra da hər il belə tədbirlər keçirəcəyik”. 
"My way” inkişaf mərkəzi ABŞ-da Azərbaycan mədəniyyətinin təbliğ olunması ilə məşğuldur. Mərkəzin rəhbəri Alyona Bədəlova deyir ki, mərkəzdə hər bir uşaq yaradıcılıq yolunu özü seçir.
“Dərnəyimizdə rəssamlıq, heykəltaraşlıq, Qafqaz rəqsləri, gimnastika, futbol və digər sahələr üzrə təlimlər keçirilir. Biz çox şadıq ki, onların əsərlərindən ibarət bu sərgi ərsəyə gəlib. Bu uşaqların heç biri Azərbaycanı görməyiblər, amma onu təsvir etməyə çalışıblar. Onlar öz balaca dünyalarındakı sənət incəliklərini ortaya çıxarıblar”. 
Sərgidə Azərbaycandan olan balaca rəssamların da əsərləri nümayiş etdirilir. Sərgidə nümayiş etdirilən əsərlər böyük marağa səbəb olub.


Create Account



Log In Your Account